AZ

“Atamın yubileyinə getmədim, Rasim Balayev haqqımda deyib ki, “o kimdir mənə nəsə desin?” AZDRAMAYA və sənətkara ETİRAZ+ÖZƏL

Moderator.az saytına istinadən ain.az xəbər verir.

“Noyabr ayının 6-da atam Siyavuş Aslanın 90 illik yubileyi münasibəti ilə Akademik Milli Dram Teatrında “Varlı qadın” tamaşası nümayiş olundu. Əslində iştirak etmək istəyirdim, amma dəvətnamələri alandan sonra fikrimdən daşındım. Mənə elə bir yeri təklif etmişdilər ki, özümə ayıb bildim gedib orada oturum. 9-cu, 10-cu sıralar.. Küncdə, qıraqda, ortalarda qalan yerlər.. Başa düşmədim ki, onlar niyə məni belə yerlərdə oturmağa layiq biliblər. Etirazımı bildirdim və xahiş etdim ki, rəhbərinizə də bildirərsiz. Sizin orada VİP lojalarınız, 1-ci, 2-ci sıralarınız ola-ola, 10 ildə bu boyda şəxsiyyətin yubileyini qeyd edirsiz və aman-zaman bir övladını uzaq sıralara atmaqda məqsədiniz nə idi? Bundan şübhələndim və getmədim ki, söz-söhbətlər də olmasın. İmkanım olsaydı, öncədən bilsəydim gedib öz pulumla bilet alardım. Bu şəxsən mənə böyük diqqətsizlikdir. Siz 10 ildə bir tədbir keçirirsiz, dövlət sizə təmənna edib bu işləri görməkdə, sənətkarın bir övladına 1-ci sırada yer tapılmadı? Bəs məni niyə görə 9-cu və 10-cu sıralara dəvət edirsiz?”

Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Siyavuş Aslanın oğlu Eldar Aslan deyib.

O daha sonra atasının sənətlə bağlı heç bir arzusunun olmadığını bildirib:

“Atamın sənətlə bağlı heç bir arzusu yox idi. Bilirsiniz də, belə şöhrəti sənətkarlar nadir hallarda qazanırlar. Atam istədiyi hər şeyə nail olmuşdu. Şəxsiyyət kimi formalaşıb, adını tarixə yazdırmağı bacarmışdı. O sənətdə hər şeyə nail olmuşdu. Deyə bilmərəm ki, hansısa arzusu ürəyində qaldı. Yaradıcılığı zəngin idi”.

Bir müddət əvvəl sənətkarın oğlu Moderator.az-a açıqlamasında “Rasim Balayev teatrı fəth edə bilmədi” demişdi. Rasim Balayev onun bu sözlərindən sonra Eldar Aslanın ünvanına bəzi ifadələr işlədib:

“Təbii ki, Rasim müəllimə mən teatrşünas və rejissor kimi yox, bir ziyalı insan, sadə bir vətəndaş kimi o sözləri bildirmişəm. Təcrübəmdən də faydalanıb şəxsi fikir söyləmişəm. Rasim Balayev deyir ki, o kimdir mənə münasibət bildirir? Mən də dahi bir şəxsiyyətin, ziyalı bir insanın övladıyam. Haqqım da var deməyə, sözüm də. Deyərəm, o yana da keçərəm. Mənim sözümü heç kəs kəsə bilməz. Biz azad bir məmləkətdə yaşayırıq” deyə Eldar Aslan bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
4
moderator.az

5Mənbələr