AZ

7-8 ballıq zəlzələ təhlükəsi... - Seysmoloqdan xəbərdarlıq

Türkiyəli seysmoloq Süleyman Pampal Egey dənizində, xüsusilə Krit və Rodos adaları ətrafında 7–8 bal gücündə zəlzələ başvermə ehtimalının artdığını bildirib.

Publika.az xəbər verir ki, alimin sözlərinə görə, bu proqnoz son vaxtlar Türkiyə sahillərində, xüsusilə Mərmərə bölgəsində müşahidə olunan seysmik aktivliyin yüksəlməsi ilə əlaqədardır.

“Balıkəsir vilayətində qeyri-adi vəziyyətlə üz-üzəyik. Burada hər gün 4–5 bal gücündə təkanlar qeydə alınır, son dövrdə iki dəfə 6 bal gücündə zəlzələ yaşadıq. Bu il ərzində oxşar vəziyyət Egey dənizində də müşahidə olunur. Afrika plitəsinin tektonik qırılma xəttinin ucu magma qatına yaxınlaşır və şərqə doğru hərəkət edir. Bu şərait Krit və Rodos adaları arasında güclü zəlzələnin başvermə ehtimalını artırır. Onun maqnitudası 7–8 bal ola bilər”, - deyə o bildirib.

Seysmoloqun sözlərinə görə, bölgədə seysmik riskin artması ciddi təhlükə siqnalı kimi qiymətləndirilməlidir.

Seçilən
14
9
publika.az

10Mənbələr