AZ

Almaniya Ukraynaya yardımlarının məbləğini gələn il 11,55 milyard avroya çatdırmaq niyyətindədir

Almaniya 2026-cı ildə Ukraynaya nəzərdə tutulan yardımların məbləğini 11,6 milyard avroya çatdırmaq niyyətindədir.

“İki sahil” “Welt” nəşrinə istinadla xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin dövlət büdcəsi layihəsi ilə bağlı yekun müzakirələr üçün təqdim etdiyi sənəddə bildirilir.

Hesabatda “Beynəlxalq hüquqa zidd şəkildə hücuma məruz qalan dövlətlərin təhlükəsizlik, müdafiə və sabitlik sahəsində gücləndirilməsi” adlı maddədə yardımların məbləğinin hökumətin layihəsinə nisbətən 3 milyard avro artırılaraq 11,55 milyard avroya çatdırıldığı qeyd olunub. Əlavə vəsaitin əsasən artilleriya, dronlar, zirehli texnika və iki “Patriot” hava hücumundan müdafiə sisteminin bərpası üçün nəzərdə tutulduğu vurğulanıb.

Seçilən
39
3
ikisahil.az

4Mənbələr