AZ

“Zəfər turu”nda “Qarabağ” “Neftçi” qarşılaşması keçiriləcək Oyun öncəsi xüsusi proqram hazırlanır

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasında XI turunda "derbi" axşamı olacaq. “Zəfər turu”nda “Qarabağ” doğma meydanda “Neftçi” klubunu qəbul edəcək.

Bizimyol.info xəbər verir ki, “Zəfər turu”nda “Qarabağ” – “Neftçi” qarşılaşması keçiriləcək.

“Zəfər turu” çərçivəsində maç öncəsi proqram hazırlanır. Futbolçular meydana 9 noyabr Bayraq günü münasibətilə xüsusi geyimdə şəhid övladları ilə çıxacaq.

Ölkə derbisində topa ilk toxunuş "Neftçi" futbol klubunun fanatı, Qarabağ müharibəsi şəhidinin oğlu edəcək. Eyni zamanda Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələri və övladları oyunu tribunadan izləyəcəklər.

Qeyd edək ki noyabrın 9-da keçiriləcək “Qarabağ” – “Neftçi” maçını Elçin Məsiyev idarə edəcək. Baş hakimin köməkçiləri Elşad Abdullayev ve Pərvin Talıbov, dördüncü hakim Elvin Bayramov olacaq.

Orxan, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
icma.az

1Mənbələr