AZ

Xulian Alvares: “Atam mənə uşaqlıqda demişdi...”

Argentina millisinin və “Atletiko Madrid”in hücumçusu Xulian Alvares şəxsi həyat prinsiplərindən danışıb.

Fanat.Az xəbər verir ki, ulduz futbolçu "L’Équipe" nəşrinə açıqlamasında bildirib ki, millidə bir dəfə komanda yoldaşları onun bədənində döymə olmadığını xatırladıblar:

“Bir gün millidə olanda biri mənə dedi ki, döyməsi olmayan yeganə oyunçu mənəm. Amma bunu fərqli görünmək üçün etmirəm. Uşaqlıqda atam mənə demişdi: ‘Döymə yox, siqaret yox, alkoqol yox.’”

Alvares əlavə edib ki, böyüdükdən sonra da bu prinsiplərə sadiq qalıb:

“İndi də buna ehtiyac hiss etmirəm. Sadəcə bədənimdən razıyam, bu qədər.”

Kamil Xudiyev

Seçilən
116
fanat.az

1Mənbələr