Türkiyə Futbol Federasiyası (TFF) peşəkar liqalarda aparılan mərc araşdırması çərçivəsində 1024 futbolçunun mərc oynadığının müəyyən edildiyini və onların 10 noyabr 2025-dən etibarən ehtiyat tədbiri ilə Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərildiyini açıqlayıb.
TFF-nin açıqlamasında bildirilib:
“Peşəkar liqalara yönəlik olaraq aparılan mərc araşdırması nəticəsində, Futbol İntizam Talimatının 57-ci maddəsinə əsasən 1024 futbolçunun PFDK-ya sevk edilməsinə qərar verilmişdir.”
Federasiya, həmçinin, bu vəziyyətin klubların heyət planlamasına təsir edəcəyini nəzərə alaraq FIFA ilə təcili danışıqlara başladığını və daxili səviyyədə əlavə 15 günlük transfer pəncərəsi açmaq üçün addımlar atıldığını qeyd edib.
TFF-nin qərarına əsasən:
°TFF 2-ci və 3-cü liqa oyunlarının təqvimi 2 həftə sonraya təxirə salınıb.
°Superliqa və 1-ci Liqa qarşılaşmaları isə əvvəlki kimi davam edəcək.
Açıqlamada, həmçinin, qeyd olunur ki, yalnız bir dəfə mərc fəaliyyəti müəyyən edilən 47 futbolçu barədə qərar əlavə sübutlar əsasında yenidən dəyərləndiriləcək.
Trendyol Superliqa klublarından PFDK-ya göndərilən bəzi futbolçular:
"Beşiktaş": Ersin Destanoğlu, Necip Uysal
"Qalatasaray": Metehan Baltacı, Evren Eren Elmalı
"Trabzonspor": Boran Başkan, Salih Malkoçoğlu
"Konyaspor": Adil Demirbağ, Alassane Ndao
"Kayserispor": Berkan Aslan, Abdulsamet Burak
"Alanyaspor": İzzet Çelik, Enes Keskin, Yusuf Özdemir, Bedirhan Özyurt
"Rizespor": Efe Doğan, Furkan Orak
"Qaziantep": Muhammet Taha Güneş, Nazım Sangare
"Antalyaspor": Kerem Kayaarası
"Eyüpspor": Mükremin Arda Türköz
"Kasımpaşa": Ege Albayrak, Ali Emre Yanar
"Fatih Karagümrük": Furkan Bekleviç, Kerem Yusuf Sirkeci
"Samsunspor": Celil Yüksel
"Göztepe" : İzzet Furkan Malak, Uğur Kaan Yıldız
TFF bildirib ki, rəsmi qurumlardan gələcək cavablar əsasında istintaq daha da genişləndiriləcək.