AZ

Vagenknext partiya liderliyindən imtina edib…

Almaniya Sahra Vagenknext Ağıl və Ədalət Birliyi (BSW) partiyasının rəhbəri, solçu müxalifət siyasətçisi Sahra Vagenknext partiya sədrliyi uğrunda mübarizədən imtina edib.

SİA xəbər verir ki,bu barədə Der Spiegel məlumat verir. Qəzet yazır ki, “…partiya onun mülküdür, amma indi təsisçi geri çəkilir: Sahra Vagenknext artıq BSW partiya sədrliyi uğrunda namizədliyini irəli sürməyəcək.

Nəşr onun qərarını "hələ gənc partiya üçün həlledici hadisə" adlandırıb.

Əvvəllər Vagenknext Berlini Rusiya ilə tammiqyaslı müharibəni sürətləndirməyə çalışmaqda günahlandırmışdı. Onun sözlərinə görə, hazırkı Almaniya hökuməti "təkəbbürlü və məsuliyyətsiz davranır, sanki milyonlarla insanın yaşayış sahəsi deyil, yalnız köhnə bir masa yandırıla bilərmiş kimi".

Əli Babayev

Seçilən
42
1
sia.az

2Mənbələr