AZ

Enerji içkiləri Kiçik yaşlı uşaqlara xüsusən ziyanlıdır XƏBƏRDARLIQ

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Pediatr Vaqif Qarayev enerji içkilərinin uşaqlara ziyanı barədə danışıb.

Həkim qeyd edib ki, Türkiyədən idxal olunan energetik içkinin tərkibində SİDENAFİL aşkar olunub.

Bunun konkret hansı içki olduğunu V.Qarayev qeyd etməyib, lakin enerji içkilərinin uşaqlara ziyanlı olduğunu deyib: 

- Olmur, nə qədər deyirik energetik içkiləri uşaqlara verməyin, nəticə yoxdur. Marketlərdə kiçikyaşlı uşaqların əlindəki energetik içkiləri hamı görür, bəzən valideynlər də çıxılmaz vəziyyətə düşür, almaqdan imtina edirlər, uşaq isə israr edir. İmtina edənlər var, amma həmişə yox. Uşağının istəyini yerinə yetirənlər kifayət qədərdir. Bu sətirləri yazarkən tv-lərdə yəqin "uçurdur", "qanadlandırır" kimi reklamlar gedir. Bu, cəlb edir hamını, uşağı da, böyüyü də. 

Ortada külli miqdarda pul varsa, mütəxəssis sözü keçərli olmayacaq. Qida məsələləri üzrə ekspert Ağa Salamov "Sherg.az"a açıqlamasında bildirdi ki, enerji içkilərinin tərkibində kofein maddəsi çoxluq təşkil etdiyindən insan orqanizmi üçün ziyanlıdır. Kiçik yaşlı uşaqlara xüsusən ziyanlıdır. İlk növbədə asılılıq yaradır, ona görə. Baş ağrısı, mədə-bağırsaq pozuntusu yarada bilər:

- Enerji içkiləri keyfiyyətsiz hazırlanır. Tərkibinə əslində lazım olan elementlər əlavə edilmir. Daha çox kofeinə üstünlük verilir. Bu da ziyandır.Enerji içkilərinin qəbulu kofein zəhərlənməsinə səbəb ola bilər, uşaqlarda ciddi nevroloji problemlər, stress, yuxusuzluq, mədə bulanması, qusma, döyüntüsünün artması, aritmiya əmələ gələ bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
56
sherg.az

1Mənbələr