AZ

“Ruhumla darıxdığım yerə qayıtdım”: Messi “Kamp Nou”da FOTOLAR

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Barselona” azarkeşləri komandanın yenilənmiş “Camp Nou” stadionuna qayıdacağı günü səbirsizliklə gözləyərkən, onları xoş bir sürpriz qarşılayıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, klubun sabiq kapitanı və əfsanəsi Lionel Messi ötən həftəsonu gizli şəkildə yenidən “Camp Nou” stadionunu ziyarət edib.

2021-ci ildə Barselonadan ayrılan Argentina ulduzu hər zaman klub sevgisini açıq şəkildə ifadə edib. Buna baxmayaraq, onun komandası ilə klub rəhbərliyi — xüsusilə prezident Joan Laporta arasında münasibətlərin gərgin olduğu bildirilir.

Messi səfərdən sonra azarkeşlərə duyğusal mesaj ünvanlayıb:

“Dünən gecə ruhumla darıxdığım bir yerə qayıtdım. Mənim üçün dünyanın ən xoşbəxt anlarını yaşadığım yerə. Siz məni min dəfə dünyanın ən xoşbəxt insanı etdiniz”.

Bu paylaşım azarkeşlər tərəfindən böyük sevgi və nostalji hissi ilə qarşılanıb. 

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
3
cebheinfo.az

4Mənbələr