AZ

İki Rüfət və …əhsən, Əhmədzadə!

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ayxan Abbasovun açıqladığı siyahıda bir neçə debütant da var. Rüfət Abdullazadə Xorvatiyada - “Varajdin”də oynayır. Uyğunlaşma dönəmini arxada qoyandan sonra daim oynayır. “Varajdin” də elə-belə komanda deyil. “Şamaxı”nın gənc müdafiçisi Rüfət Abbasov isə “Neftçi” məktəbinin məzunudu. Elvin Cəfərquliyevin prototipidi Necə ki, Ayxan Abbasov “Qarabağ”ın aşağı yaş komandasından onu öz işlədiyi klubun əsas heyətinə götürdü, eyni ilə də Rüfəti. Eyni mövqe, fiziki baxımdan da oxşarlıq var. Əzm, döyüşkənlik də eyni qaydada. Mustafa Əhmədzadə də debütantdı. Çox doğru seçimdi. Mustafa da işıq saçır. Çox rahat futbol oynayır. Rahatlıqdan əlavə dəqiqdi. “Araz-Naxçıvan”ın heyətində necə yerli futbolçular heyətə düşə bilmir, Mustafa bunu bacarır! Əhsən, Əhmədzadə!MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
icma.az

2Mənbələr