AZ

Binəqədidə bağlı qapı arxasında 2 nəfərin meyiti tapıldı

BAKI, 10 noyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar Nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Seçilən
24
3
teleqraf.com

10Mənbələr