Binəqədi rayonunda mənzildən 2 nəfərin meyiti tapılıb.
Metbuat.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.