AZ

Avtobus qarajına və ofisə hücum edib işçiləri təhqir etdilər - "Manella"dan AÇIQLAMA - VİDEO

Son zamanlar bəzi sosial şəbəkələrdə "Manella" MMC-ti  haqqında Zakir Məmmədov onun köməkçisi Namiq Həsənov və bir neçə şəxs həqiqətə uyğun olmayan informasiyalar yayıb.
Avtosfer.az xəbər verir ki, həmin şəxslər bir neçə nəfərlə zorla  şirkətin qarajına və ofisinə daxil olaraq işcilərə qarşı təhqiramiz ifadələr səsləndirib. Bundan başqa sosial şəbəkə üzərindən Manella Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qurbanəli İsmayılovun özünə və ailə üzvülərinə qarşı təhdid və təqirlə dolu ifadələr işlədib. Manella Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Qurbanəli İsmayılov bildirib ki, informasiya yayılan zaman qarşı tərəfin mövqeyi öyrənilmədən bu məlumatlar tirajlanır. "Yaydıqları məlumatda qeyd olunub ki, şirkətin tabeliyində fəaliyyət göstərən avtobus sürücüləri bir neçə il bundan öncə işdən və xəttən uzaqlaşdırlmasına baxmayaraq cərimə olunurlar. Bu deyilənlərin heç biri həqiqətə uyğun deyil. Çünki həmin sürücülərə şirkət tərəfindən heç bir cərimə yazılmayıb. Eyni zamanda şirkətə aid olmayan şəxslərin video görütüləri yayılaraq təxribat xarakterli açıqlamalar verilib. Bunların hamısı yalandı, eyni zamanda şirkətin direktoru Qurbanəli İsmayılov haqqında, yəni mənim haqqımda həqiqətə uyun olmayan cəfəngiyat dolu fikirlər səsləndirilir ki, bunlar da insanlarda çaşıqnlıq yaradır" -deyə Qurbanəli İsmayılov bildirib. . Bundan başqa Qurbanəli İsmayılov hansısa sahibkara ödəməli olduğu ödənişi verməməkdan yayınması kimi fikrlərin də yanlış olduğunu söyləyib. "Hüququ dövlətdə yaşadığımız üçün artıq hadisə ilə bağı hüquq-mühafizə orqanlarına müraciət olununub. Bir daha bəzi sosial media səhifələri məlumat paylaşan zaman qarşı tərəfin mövqeyni işqlandırmalarını xahiş edirəm"-deyə direktor münasibət bildirib.


Seçilən
22
5
azia.az

6Mənbələr