Son zamanlar bəzi sosial şəbəkədə Manella Məhdud Məsuliyyətli Cəmiyyət haqqında Zakir Məmmədov onun köməkçisi Namiq Həsənov və bir neçə şəxs həqiqətə uyğun olmayan informasiyalar yayıb.
Ölkə.Az Avtosfer.az-a istinadən xəbər verir ki, həmin şəxslər bir neçə nəfərlə zorla şirkətin qarajına və ofisinə daxil olaraq işçilərə qarşı təhqiramiz ifadələr səsləndirib. Bundan başqa sosial şəbəkə üzərindən Manella Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Qurbanəli İsmayılovun özünə və ailə üzvülərinə qarşı təhdid və təhqir ifadələr işlədib. Cəmiyyətin direktoru Qurbanəli İsmayılov bildirib ki, informasiya yayılan zaman qarşı tərəfin mövqeyi öyrənilmədən bu məlumatlar tirajlanır.
Məlumatda qeyd olunub ki, şirkətin tabeliyində fəaliyyət göstərən avtobus sürücüləri bir neçə il bundan öncə xətdən və işdən uzaqlaşdırılmasına baxmayaraq cərimə olunurlar: "Bu deyilənlərin heç biri həqiqətə uyğun deyil. Çünki həmin sürücülərə şirkət tərəfindən heç bir cərimə yazılmayıb. Eyni zamanda şirkətə aid olmayan şəxslərin video görüntüləri yayılaraq təxribat xarakterli açıqlamalar verilib. Bunların hamısı yalandı".
Eyni zamanda şirkətin direktoru Qurbanəli İsmayılov haqqında həqiqətə uyun olmayan cəfəngiyat dolu fikirlər səsləndirilir ki, bununla da insanlarda çaşqınlıq yaradır. Bundan başqa Qurbanəli İsmayılov hansısa sahibkara ödəməli olduğu ödənişi verməməkdan yayınması kimi fikrlərdə yanlışdır. Hüquqi dövlətdə yaşadığımız üçün artıq hadisə ilə bağı hüquq mühafizə orqanlarına müraciət olunub. Bir daha bildiririk ki, bəzi sosial media səhifələri məlumat paylaşan zaman qarşı tərəfin mövqeyini işıqlandırmağınız xahiş olunur".