AZ

Ali Satan: Atatürkün fəaliyyəti türk xalqlarının gələcəyi üçün mühüm istiqamət müəyyənləşdirdi

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

XX əsr bəşər tarixində millətlərin azadlıq və müstəqillik uğrunda apardıqları mübarizələr mühüm yer tutur. Bu dövrdə dünyanın bir çox bölgələrində imperiyaların süqutu və yeni dövlətlərin yaranması prosesi gedirdi. Belə bir zamanda türk dünyası üçün böyük əhəmiyyət kəsb edən bir lider-Mustafa Kamal paşa Atatürk meydana çıxdı. O, yalnız Türkiyə Cümhuriyyətinin banisi deyil, həm də bütün türk xalqlarının azadlıq və tərəqqi arzularının rəmzinə çevrildi.

Atatürkün fəaliyyəti, milli dövlət quruculuğu sahəsində həyata keçirdiyi islahatlar, elmə və təhsilə verdiyi dəyər, türk xalqlarının gələcəyi üçün mühüm istiqamət müəyyənləşdirdi. O, müstəqilliyin yalnız silahla deyil, həm də düşüncə, elm və mədəniyyət vasitəsilə qorunacağına inanırdı. Bu baxımdan onun ideyaları təkcə Türkiyə üçün deyil, bütün türk dünyası üçün yol göstərici oldu.

Atatürkün uzaqgörənliyi nəticəsində türk kimliyinin elmi əsaslarla öyrənilməsi, tarix və dilin araşdırılması istiqamətində mühüm addımlar atıldı. O, türk xalqlarının bir-birinə mənəvi və mədəni bağlılığını gücləndirəcək işlərə xüsusi önəm verirdi. Onun düşüncələrində gələcəkdə Sovetlər Birliyinin dağılması və türk xalqlarının yenidən müstəqilliyə qovuşması kimi uzaq perspektivlərə dair fikirlər də öz əksini tapıb.

Bu səbəbdən Atatürk təkcə bir dövlətin qurucusu kimi deyil, həm də bütün türk dünyasının oyanışında mühüm tarixi rol oynamış şəxsiyyət kimi dəyərləndirilir. Onun ideyaları bu gün də türk xalqları arasında həmrəyliyin, azadlığın və inkişafın əsas ilham mənbələrindən biri olaraq qalır.

Marmara Universiteti Humanitar və Sosial Elmlər Fakültəsinin professoru, türk tarixçi Ali Satan Sherg.az-a Atatürkün türk dünyası üçün vacib şəxsiyyətlərdən biri olması barəsində danışıb:

"Atatürkün Türk Dünyası üçün əhəmiyyətinin, 20-ci əsrdə müstəqil bir Türk respublikasını qurub yaşada bilmiş olmasındadır. 1923-cü ildə qurulan Türkiyə Cümhuriyyəti 1990-cı illərə qədər yeganə müstəqil Türk dövləti idi. Buna görə də Türk və İslam dünyasında istiqlal düşüncəsində olan hər kəs üçün Mustafa Kamal Paşa antiimperialist bir mücahid kimi görülüb". 

Professor Türkiyədə Mustafa Kamal Paşanın, gələcəkdə Sovetlər Birliyinin dağılması və qardaşlarımızın-Azərbaycanın müstəqil hala gəlmələri məsələsində əvvəlcədən hazırlıq aparılmasını elm aləmindən istədiyini söyləyib:

"Atatürk 1924-cü ildə İstanbul Universitetində Türkologiya İnstitutunun yaradılmasını təmin edib".

Rəhmət və hörmətlə anırıq!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
sherg.az

1Mənbələr