AZ

Türkiyədə avtobus sürücüsünə hücum olundu: 4 nəfər saxlanıldı

Gaziantep şəhərində sərnişin avtobusu sürücüsü ani əyləc etməsi nəticəsində baş verən mübahisədən sonra 5 nəfərin fiziki hücumuna məruz qalıb. Hücum anı avtobusun təhlükəsizlik kamerasına düşüb.

News365.az xəbər verir ki, hadisə 7 noyabrda Narlıtepe məhəlləsində baş verib. İddia olunur ki, sürücü C.S. ani əyləc etməsi səbəbindən avtobusdakı bir sərnişinin barmağı sınıb. Bu səbəbdən sürücü ilə sərnişin arasında mübahisə yaranıb.

Mübahisədən sonra sərnişinin yaxınları olan 5 nəfər avtobusa minib və sürücüyə təpik və yumruqlarla hücum ediblər. Hücum polisə xəbər verildikdən sonra araşdırılıb.

Polis əməkdaşları 5 şübhəlidən 4-nü qısa müddətdə saxlayıb, digər şübhəlini isə hələ axtarır.

News365.az

Seçilən
64
news365.az

1Mənbələr