AZ

Hərbi qulluqçumuz NATO Regional Əməkdaşlıq kursunu müvəffəqiyyətlə bitirdi - FOTO

İtaliya Respublikasının paytaxtı Roma şəhərində yerləşən NATO Müdafiə Kollecində (NDC) 34-cü NATO Regional Əməkdaşlıq kursunun (NRCC-34) buraxılış mərasimi keçirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, kurs müddətində müttəfiq və tərəfdaş ölkələrdən gəlmiş iştirakçılarla birlikdə strateji düşüncə, regional təhlükəsizlik, əməkdaşlıq mexanizmləri və sahə tədqiqatları üzrə dərslər, seminarlar və praktiki fəaliyyətlər aparılıb.
 
Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovnik-leytenant Fərman Məmmədov kursu müvəffəqiyyətlə bitirib.
 
Tədbirin sonunda məzunlara hərbi təhsil müəssisəsinin komandanı tərəfindən diplomlar təqdim edilib.
Seçilən
25
18
moderator.az

10Mənbələr