AZ

Azərbaycan Ordusunun hərbi qulluqçusu NATO Regional Əməkdaşlıq kursunu müvəffəqiyyətlə bitirib

İtaliya Respublikasının paytaxtı Roma şəhərində yerləşən NATO Müdafiə Kollecində (NDC) 34-cü NATO Regional Əməkdaşlıq kursunun (NRCC-34) buraxılış mərasimi keçirilib.

Bu barədə “Poliqon” Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, kurs müddətində müttəfiq və tərəfdaş ölkələrdən gəlmiş iştirakçılarla birlikdə strateji düşüncə, regional təhlükəsizlik, əməkdaşlıq mexanizmləri və sahə tədqiqatları üzrə dərslər, seminarlar və praktiki fəaliyyətlər aparılıb.

Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovnik-leytenant Fərman Məmmədov kursu müvəffəqiyyətlə bitirib.

Tədbirin sonunda məzunlara hərbi təhsil müəssisəsinin komandanı tərəfindən diplomlar təqdim edilib.

dbf500ce6533ab1c718518cc1f8ab7d1

159fb75eb3595c8ad25779a0e222b271

f8fc073ef30be001a927af26bff3c002

Seçilən
12
18
poliqon.az

10Mənbələr