AZ

Bu il Azərbaycanda ən çox tələb olunan peşələr məlum olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən 2025-ci il üzrə iş elanlarının təhlili aparılıb.

Aznews.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd edilib ki, ən çox vakansiya elan edilən sahələr topdan və pərakəndə ticarət, maliyyə və sığorta, emal sənayesi, yaşayışın təşkili və ictimai iaşə, tikinti sektorudur. Bu sahələr əmək bazarında tələbatın əsas istiqamətlərini formalaşdırır. Əmək bazarında iş imkanlarının genişlənməsinə ən çox töhfə verən müəssisələr arasında banklar (8,2%), tikinti-quraşdırma şirkətləri (6,9%), otellər (4,9%) və tədris-təlim müəssisələri (4,7%) yer alır.

İşəgötürənlərin ən çox ehtiyac duyduğu kadrlar satış təmsilçiləri (8%), mühasiblər (6,6%) və satınalma-təchizat üzrə mütəxəssislərdir (3,2%). Ən çox tələb olunan müstəqil peşələr isə sürücü, aşpaz və elektrik ustalarıdır.

Ümumilikdə 264 peşə və vəzifə qrupu üzrə qeydə alınan vakansiyaların yalnız 26,3%-ində əməkhaqqı açıq şəkildə göstərilib:

Orta əməkhaqqı – 965 manat

Seçilən
35
37
aznews.az

10Mənbələr