AZ

Azərbaycanla oyunöncəsi Fransa millisində itki

Fransa millisinin futbolçusu Kolo Muani DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycan yığmalarına qarşı matçlarda iştirak etməyəcək.

Msport.az xəbər verir ki, buna səbəb hücumçunun zədəsinin ciddi olmasıdır.

“Tottenhem”də çıxış edən forvard “Mançester Yunayted”lə heç-heçə etdikləri Premyer Liqanın 11-ci turunun oyununda çənəsindən xəsarət alıb. Müayinə zamanı onun çənəsində sınıq aşkarlanıb. Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil.

Fransa millisi noyabrın 13-də Ukrayna, üç gün sonra Bakıda Azərbaycan yığması ilə üz-üzə gələcək.

Seçilən
79
msport.az

1Mənbələr