AZ

“Sabah” buna nail olan 15-ci komanda oldu

“Sabah” Azərbaycan Premyer Liqada 300-cü qolunu vurub.

Publika.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

“Bayquşlar”ın yubiley qoluna İqor Noqeyra imza atıb. O, çempionatın 11-ci turunun “Kəpəz”lə səfər görüşündə (3:1) komandasının sonuncu topunun müəllifi olub. “Sabah” yüksək dəstədəki 222-ci matçında 300 qola çatıb. Paytaxt təmsilçisi ölkə çempionatları tarixində buna nail olan 15-ci komandadır. Bakı klubu evdə 158, səfərdə 142 dəfə fərqlənib.

Qeyd edək ki, “Sabah” ilk qoluna 2018-ci il avqustun 12-də “Keşlə” ilə səfər matçında imza atıb – 1:0. Həmin qolun müəllifi Marko Deviç olub.

Seçilən
37
11
publika.az

10Mənbələr