AZ

"Sabah"ın ölkə çempionatlarındakı yubiley qolu

“Sabah” premyer-liqada 300-cü qolunu vurub.

"Football-plus.az" PFL-in saytına istinadən xəbər verir ki, yubiley qoluna İqor Noqeyra imza atıb.

O, Misli premyer-liqasının 11-ci turunun “Kəpəz”lə səfər görüşündə (3:1) komandasının sonuncu topunun müəllifi olub. “Sabah” yüksək qrupdakı 222-ci matçında 300-ə. Paytaxt təmsilçisi ölkə çempionatları tarixində buna nail olan 15-ci komandadır. Bakı klubu evdə 158, səfərdə 142 dəfə artırıb.

Qeyd edək ki, “Sabah” ilk qolunu 2018-ci il avqustun 12-də “Keşlə” ilə səfər matçında imza atıb – 1:0. Öz qolun müəllifi Marko Deviç olub.

Seçilən
8
11
football-plus.az

10Mənbələr