AZ

Miqrantları daşıyan qayıq batdı: 11 ölü

Tailand və Malayziya sahilləri arasında Myanmadan olan rohinca icmasının nümayəndələrini daşıyan qayığın aşması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Qayıqda təxminən 70 nəfərin olduğu güman edilir.

Malayziya hökuməti içərisində 230 sərnişinin olduğu başqa bir qayığın taleyinin qeyri-müəyyən qaldığını bildirərək, hazırda 13 nəfərin sağ tapıldığını bildirib.

Tailand hökuməti Malayziya Dəniz Agentliyinin aşkarladığı 7 meyitdən başqa, ikisi uşaq olmaqla daha 4 meyitin aşkar edilməsi barədə məlumat verib.

"Cebheinfo.az" 

Seçilən
24
2
cebheinfo.az

3Mənbələr