AZ

Hansı yaşda siqareti atmaq daha yaxşıdır? CAVAB

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İstənilən yaşda siqareti tərgitmək faydalıdır, Miçiqan Universitetinin alimləri bu qənaətə gəliblər. 

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, onların araşdırması göstərib ki, 75 yaşdan sonra da pis vərdişdən əl çəkmək ömrü uzadır. Tədqiqatçılar milli səviyyədə toplanmış sağlamlıq məlumatlarından istifadə edərək siqaret çəkənlərin yaşa görə neçə il itirdiyini və siqareti atmaqla neçə il geri qazana biləcəklərini müəyyən etmək üçün hesablamalar aparıblar.

Araşdırmanın nəticələri göstərir ki, 35 yaşında siqaret çəkməyə davam etmək heç vaxt siqaret çəkməyənlərlə müqayisədə ömrü təxminən 9 il qısaldır. Ancaq bu yaşda siqareti atanlar cəmi bir il itirirlər. Siqaret çəkənlər hətta 75 yaşında da ömrünü təxminən 4,4 il itirirlər, lakin siqareti atmaq ömrü bir il uzada bilər ki, bu da 65 yaşında siqareti buraxanlara aiddir.

Araşdırma müəllifləri vurğulayıb ki, insan siqaret çəkməyi nə qədər tez tərgitsə, onun sağlamlığı üçün bir o qədər yaxşıdır. Bununla belə, qocalıqda belə bu addım əhəmiyyətli məna kəsb edir və bu, alimlərin fikrincə, uzun illər siqaret çəkən insanların gələcək naminə siqaretdən imtina etməsi üçün motivasiya rolunu oynamalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
lent.az

1Mənbələr