Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə Naxçıvan–Şərur magistral yolunun Püsyna kəndi ərazisində qeydə alınıb.
Belə ki, 68 BL 204 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil “TIR”la toqquşub.
Nəticədə “Mercedes”in sürücüsü, 1994-cü il təvəllüdlü Xəlilov Ümid Səməd oğlu həlak olub.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.