AZ

Naxçıvanda ağır yol qəzası: 23 yaşlı sürücü hadisə yerində ölüb – FOTO

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az-ın Naxçıvan bürosunun məlumatına görə, rayon ərazisində “TIR” ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində “Mercedes”in 23 yaşlı sürücüsü hadisə yerindəcə dünyasını dəyişib. Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
35
nocomment.az

1Mənbələr