Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşının verdiyi məlumata görə, +100 kq çəki dərəcəsində həmyerlimiz Uşanqi Kakauri bürünc medal uğrunda döşək üzərinə çıxıb.
Təmsilçimiz həlledici görüşdə misirli rəqibi Mohamed Masoud Aborakianı məğlub edərək daha bir bürünc medalı aktivimizə yazdırıb.