AZ

Səidcəmşid Cəfərov İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan boksçusu Səidcəmşid Cəfərov uğurlu çıxışını davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə, 80 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinal mərhələsində iordaniyalı Hüseyn Laşhaişlə qarşılaşıb. Gərgin keçən döyüşdə Cəfərov rəqibini 5:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Qeyd edək ki, bu gün daha dörd Azərbaycan boksçusu — Aynur Mikayılova (57 kq), Fatimə Mehdiyeva (65 kq), Məhəmmədəli Qasımzadə (60 kq) və Sərxan Əliyev (70 kq) də yarımfinal görüşlərinə çıxacaqlar.

Seçilən
92
90deqiqe.az

1Mənbələr