AZ

Göyçaylı usta: “Bu arabanı 8 ilə hazırlamışam” FOTO

ain.az, Bizim media saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Göyçayda sayca 16-cı Nar Festivalı keçrilir. Bu bayramda rayondan olan narçı fermerlər öz əkib becərdikləri məhsulları festivalda nümayiş etdirir, hətta satışını da həyata keçirirlər.Bizim.Media-nın Aran bürosu xəbər verir ki, festivalda isə əsas diqqət çəkən Göyçaylı Rəşid usta kimi tanınan Rəşid Kazımovun Nar bayramı üçün hazırladığı milli ornamentlərlə və naxışlarla hazırlanmış araba oldu.Usta bildirdi ki, bu arabanı düzəltməyə 2017-ci ildən başlayıb və bu il sona çatdırıb:

 

“Araba hətta heç bir modelin təkrarı deyil, öümüzündür. Millətimiz üçün xeyirli olsun. Bu arabanı toy-bayramda, gəlin gətirmə mərasimlərində, ümumilikdə xeyirli işlərdə işlənməsi məqsədilə ərsəyə gətirmişik”.

Qeyd edək ki, arabanın üzərində türkdilli dövlətlərin bayraqları asılıb və bu da festival iştirakçılarının marağına səbəb olub.

Bizim.Media, Aran bürosu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
2
bizim.media

3Mənbələr