Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yerli saatla 11:58-də Balıkesirin Sındırqı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ təxminən 7,14 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, oktyabrın 27-də Balıkesirdə 6,1 ballıq zəlzələ baş vermişdi. Həmin hadisədə çökən binanın dağıntıları altından bir ailənin 4 üzvünün meyiti çıxarılmışdı.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.