Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib.Bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yerli saatla 11:58-də Balıkesirin Sındırqı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ təxminən 7,14 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, oktyabrın 27-də Balıkesirdə 6,1 ballıq zəlzələ baş vermişdi. Həmin hadisədə çökən binanın dağıntıları altından bir ailənin 4 üzvünün meyiti çıxarılmışdı.