Bakı. Trend:
Bu gün Azərbaycanda dövlətçiliyimizi şərəfləndirən əlamətdartarixlərdən biri – Dövlət Bayrağı Günü qeyd olunur. Prezident İlhamƏliyev cənablarının 2009-cu il noyabr ayının 17 - də imzaladığı«Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsihaqqında» sərənəcama əsasən noyabrın 9-nun respublikamızda DövlətBayrağı Günü kimi təsis olunması tariximizə, rəmzlərimizə vədövlətçilik ənənələrimizə olan ehtiramın nümunəsidir.
Hər bir xalqın dövlətçiliyinin və kimliyinin əsasgöstəricilərindən biri də onun dövlət bayrağıdır. Bu keçmişdə dəbelə olub, müasir dövrümüzdə də belədir. Bayraq xalqın öz taleyinəsahib çıxmasının, milli dünyagörüşünün, mənəvi aləminin, düşüncətərzinin mühüm atributudur. Bu kimi dəyərləri daşıdığına görəbayraq bütün ölkələrdə əsas milli simvol kimi qəbul olunur.
Azərbaycan xalqının da bayrağı onun üçün fəxr və qürurmənbəyidir. Tarixi 1918-ci ildən başlayan üçrəngli bayrağımız xalqolaraq dövlətçilik dəyərlərimizə, tarixi azadlıq məfkurəmizə,milli-mənəvi dəyərlərimizə və ümumbəşəri ideallara sadiqliyimizinümayiş etdirir.
Dövlət bayrağımız ilk dəfə 107 il öncə, 1918-ci il noyabrın 9-daucaldılıb. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasınınbinası üzərində qaldırılan bayrağımız 1920-ci ilin aprel ayınaqədər dövlət statusuna malik olub. Bayrağımızdakı mavi rəngAzərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng müasircəmiyyət qurmaq istəyini, yaşıl rəng isə islam dünyasınamənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər ikiüzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir olunur.
Məlum olduğu kimi ölkəmizdə bir çox dövlət qurumlarının yaranmagünü Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Bu,dövlətçiliyimizin tarixi varisliyə söykəndiyini göstərən mühümməqamdır. Üçrəngli bayrağımızın 1918-ci ildə qəbul edildiyi tarixin– noyabr ayının 9-nun Dövlət Bayrağı Günü kimi təsis edilməsi dəbunu təsdiqləyir.
Sovet dövləti Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını qadağanetmişdi. Həmin illərdə üçrəngli bayrağımızdan bəhs edilməsi beləmümkün deyildi. Çünki bu bayraq müstəqilliyimizin ən böyük rəmzi,xalqımızın milli identikliyinin tərənnümçüsü idi. Lakin xalqımızmüstəqillik ideyalarını və bayraq sevgisini həmişə yaşatdı. UluÖndər Heydər Əliyevin təşəbbüsü və liderliyi ilə 1990-cı ilnoyabrın 17-də üçrəngli bayrağımızın Naxçıvan MuxtarRespublikasının rəsmi bayrağı kimi təsbit olunması da bunu təsdiqedir.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 1990-cı ilin iyulayında Moskvadan vətənə gəlişi respublikamızda müstəqillik uğrundabaşlanmış milli mücadiləyə güclü təkan verdi. Məhz Ulu Öndərintəşəbbüsləri ilə Naxçıvanda qəbul edilən siyasi qərarlar bumübarizəni tamamilə yeni keyfiyyət mərhələsinə yüksəltdi. Buqərarların sırasında üçrəngli bayrağımızın Naxçıvan MuxtarRespublikasının rəsmi bayrağı kimi təsbit olunması, MuxtarRespublikanın adından «sovet» və «sosialist» sözlərinin çıxarılmasıilə bağlı qərarlar, daha sonra Naxçıvanda sovet ittifaqınınsaxlanılmasına dair referendumun boykot edilməsi böyük tarixiəhəmiyyətə malik olan siyasi hadisələrdir. Ulu Öndərin cəsarəti vəqətiyyətinin göstəricisi olan bu qərarlar dövlətçilik tariximizinşərəfli səhifələrini təşkil edir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi üçrənglibayrağımızla bağlı qərar qəbul etdikdən sonra Azərbaycan SSR AliSoveti qarşısında bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimitanınması haqqında vəsatət qaldırmışdı. 1991- ci il fevral ayının5-də həmin vəsadətə baxılmış və Azərbaycan Respublikasının AliSoveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanunqəbul edərək, onu yenidən Dövlət Bayrağı elan edib. Milli Məclisdə2004-cü ildə qəbul olunan “Azərbaycan Respublikası Dövlətbayrağının istifadəsi qaydaları haqqında” qanunla isə bu sahədəqanunvericilik bazası daha da təkmilləşdiriib. Qanuna əsasən Dövlətbayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyənolunub.
Bu gün üçrəngli dövlət bayrağımız ən mötəbər ünvanlarda, nüfuzlusiyasi və iqtisadi platformalarda, beynəlxalq təşkilatlardadalğalanaraq müstəqil və tarixinin ən qüdrətli Azərbaycanınıəzəmətlə tərənnüm edir. İdmançılarımızın beynəlxalq yarışlardaqalib olduqları zaman bayrağımızın dalğalanması hər birimizə qürurhissi yaşadır.
Xalqımızın bayrağımıza olan sevgisi və ehtiramı həm də birbaşqadır. 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunmasıilə yanaşı, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasınınpaytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılmasıhaqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasənpaytaxtımızda möhtəşəm Dövlət bayrağı meydanının inşası da busevginin və ehtiramın nümunəsidir. 2010-cu il sentyabr ayının 1-dəBakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində cənabPrezident İlham Əliyev Dövlət Bayrağının xüsusi əhəmiyyətinivurğulayaraq demişdir:
“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımızcanımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlətbayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndənsonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olantorpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda,Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizləyaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycanbayrağına!”.
Bəli, cənab Prezidentin dediyi bu sözlər artıq reallaşıb, həyatavəsiqə alıb. Zəfərlə başa vurduğumuz 44 günlük Vətən müharibəsindənsonra işğaldan azad edilən ərazilərimizə səfərlər edən cənabPrezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilk olaraq Dövlətbayrağımızı ucaltdı. İndi Azərbaycan bayrağı işğaldan azad edilənərazilərimizdə, bütün Qarabağ torpaqlarında əzəmətlə dalğalanır.Ona görə artıq 5-ci ildir ki, Azərbaycan xalqı Dövlət BayrağıGününü tamamilə başqa ovqatda, zəfər əhval ruhiyyəsi ilə qarşılayırvə qeyd edir.
Üçrəngli Dövlət bayrağımız bundan sonra da vüqarla dalğalanacaq,hər zaman müstəqilliyimizi və milli kimliyimizi dünyaya bəyanedəcək.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı