AZ

Qülləyə çıxan 18 yaşlı gənc xilas edildi - Video

Səhər saatlarında bir nəfər vətəndaş paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən metal qüllənin üzərinə çıxıb.

Azreform.info ” xəbər verir ki, bu haqda vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, qülləyə çıxan 2007-ci il təvəllüdlü B.T adlı şəxs olub.

Xilasedicilər onunla ünsiyyət qurub və davamlı psixoloji söhbət aparılmaqla zəruri təhlükəsizlik tədbirləri görülüb.

Nəticədə gənc oğlan xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Seçilən
29
12
azreform.info

10Mənbələr