AZ

Premyer Liqa: Derbilərin vərəqə və penalti statistikası

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün ilk Azərbaycan derbisi baş tutacaq.

Arena.az xəbər verir ki, Premyer Liqanın 2025/2026-cı illər mövsümünün 11-ci turunda “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

“Zəfər turu” çərçivəsində “Azərsun Arena”da keçiriləcək bu qarşılaşmaya saat 18:44-də start veriləcək.

Peşəkar Futbol Liqası Azərbaycan derbilərində vərəqə və penaltilərin statistikasını açıqlayıb:

İlk sarı vərəqə – Faiq Cabbarov (“Neftçi”) – 26.09.1992. “Neftçi” – “Qarabağ” – 1:1.

“Qarabağ”ın ilk sarı vərəqəsi – Vadar Nuriyev – 16.10.1993. “Neftçi” – “Qarabağ” – 1:1

İlk penalti – Yunis Hüseynov (“Neftçi”) – 02.10.1994. “Neftçi” – “Qarabağ” – 3:2

İstifadə olunmayan ilk penalti – İlham Məmmədov (“Neftçi”) – 06.06.1996. “Neftçi” – “Qarabağ” – 2:2

Derbidə 19 qırmızı vərəqə göstərilib.

İlk qırmızı vərəqə – Vəli Hüseynov (“Qarabağ”, 1999/2000)

“Neftçi”nin ilk qırmızı vərəqəsi –Elçin Rəhmanov (2003/04)

“Neftçi” 12, “Qarabağ” 7 qırmızı vərəqə alıb.

İki futbolçu – Kevin Medina (“Qarabağ”) və Voislav Stankoviç (“Neftçi”) 2 dəfə qırmızı vərəqə alıb. Hər iki oyunçunun vərəqələrlə eyni klubda cəzalanıb.

Qırmızı vərəqəyə çevrilən sarı vərəqələr nəzərə alınmasa, derbilərdə 430 xəbərdarlıq edilib.

“Neftçi” 224, “Qarabağ” 186 sarı vərəqə ilə cəzalanıb.

Maksim Medvedev (“Qarabağ”) və Erik Ramos (“Neftçi”) hərəsi 12 vərəqə alıb. Maksim 11 sarı və 1 qırmızı, Erik 12 sarı ilə cəzalanıb.

11 futbolçu hər iki komandanın heyətində vərəqə alıb.

Derbidə 23 penalti təyin olunub.

11 metrlik cərimə zərbəsindən 20 qol olub. Penaltilərdə 87 faizlik dəqiqlik qeydə alınıb.

Bu zərbələri 16 oyunçu yerinə yetirib. “Qarabağ”ın 9, “Neftçi”nin 8 futbolçusu belə imkan qazanıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da derbidə penaltidən indiki komandasına qol vurub.

Saşa Stamenkoviç (“Neftçi”) hamıdan çox 5 dəfə penalti zərbəsi ilə üz-üzə qalıb və 4 dəfə qol buraxıb.

Daha çox – 13 penalti vuran “Qarabağ” bunların 12-dən yararlanıb.

“Neftçi” 10 penaltinin 8-ni qola çevirib.

Riçard Almeyda (“Qarabağ”) hamıdan çox – 4 penalti zərbəsi yerinə yetirib və bütün zərbələr dəqiq olub.

“Neftçi”də Yunis Hüseynov və Emin Mahmudov 1-dən çox – 2 imkan qazanıb və hər iki şansdan yararlanıb.

Yalnız Filip Ozobiç hər iki komandada penalti vurub. O, “Qarabağ”da 2, “Neftçi”də 1 imkanı qola çevirib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
39
49
arena.az

10Mənbələr