AZ

ABŞ-da helikopter qəzaya uğradı

ABŞ-ın Tennessi ştatında təkmühərrikli "Airbus Helicopter EC130T2" helikopteri qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, hadisə noyabrın 8-də Livan şəhəri yaxınlığında baş verib.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) qəzanın səbəbləri ilə bağlı təhqiqatın başladığını təsdiqləyib.

Mümkün qurbanlar və yaralananlar barədə hələlik məlumat yoxdur.

Seçilən
45
2
publika.az

3Mənbələr