AZ

Tovuzda təntənəli bayram tədbiri keçirilib VİDEO

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Tovuz, 8 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuzda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Çıxışlarda bildirilib ki, bu gün xalqımızın ən şanlı, ən qürurlu günlərindən birini – Zəfər Gününün beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd edirik. Beş il əvvəl xalqımızın birliyinin, dövlətimizin qüdrətinin, ordumuzun rəşadətinin təntənəsi olan bu möhtəşəm Qələbə Azərbaycan tarixində yeni bir səhifə açdı. Bu Zəfər Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin qızıl dövrü, Ulu Öndər Heydər Əliyevin ideyalarının reallığa çevrilməsidir.

Vurğulanıb ki, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında məharətlə hazırlanmış “Dəmir yumruq” əməliyyatı ilə cəmi 44 günə düşmənin 30 illik istehkamlarını dağıdaraq şəhər, qəsəbə və kəndlərimizi qarış-qarış işğaldan azad etdi. Artıq beş ildir ki, müqəddəs üçrəngli bayrağımız düşməndən azad olunmuş torpaqlarımızda qürurla dalğalanır. Dövlət başçısının rəhbərliyi altında Qarabağda böyük quruculuq işləri aparılır.

Tədbir konsert proqramı ilə davam edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
azertag.az

1Mənbələr