AZ

“Türkiyə Netanyahunun həbsinə order verdi“: Qəzzada soyqırımı artıq gizlətmək mümkün deyil“ Dünya mətbuatı

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"68 min mülki fələstinlinin öldürüldüyü təsdiqlənir, yüzlərlə yəhudi və israilli alim də daxil olmaqla dünya ictimaiyyəti bunu "soyqırım" adlandırır..."

Türkiyədən presedent yaradan addım: Netanyahu haqqında həbs orderi

"Azadlıq Radiosu", "Deutshe Welle" və Qərbin digər KİV-lərinin məlumatına görə, İstanbul Baş Prokurorluğu İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri İsrael Kats, təhlükəsizlik naziri İtamar Ben-Qvir və yüksək rütbəli generallar olmaqla 37 israilli rəsmiyə qarşı həbs orderi çıxarıb. Orada ifadə açıqdır: Qəzzada soyqırım və insanlıq əleyhinə cinayətlər.

Açıqlamaya əsasən, 70 minədək fələstinli öldürülüb, ölənlərin böyük hissəsi qadınlar və uşaqlardır, yaşayış əraziləri məqsədyönlü şəkildə dağıdılıb. Prokurorluq bildirir ki, bu tip cinayətlər heç vaxt köhnəlmir və milli məhkəmələrin

yurisdiksiyasına daxildir. Bu, təkcə siyasi rəmz deyil, hüquqi mexanizmdir. Əlavə olaraq, daha əvvəl Beynəlxalq Cinayət Məhkəməsi də Netanyahu barədə həbs orderi çıxarıb.

Faktlar soyqırım ittihamını təsdiqləyir

Qəzzada xəstəxanalar, məktəblər, BMT sığınacaqları, qaçqın düşərgələri bombalanıb. Hətta Qəzzaya humanitar yardım aparan "Azadlıq flotiiliyası" saxlanılıb, gəmilərdə yüzlərlə fəal, o cümlədən Qreta Tunberq olub. Bu faktlar müharibə əməliyyatları ilə izah edilə bilmir.

- BMT: bombardmanların çoxu yaşayış məhəllələrinə yönəlib;

- UNICEF və WHO: xəstəxanalar və məktəblər hədəfə alınıb;

- Amnesty International: İsrail geniş sahəni məhv edən yüksək destruktiv bombalardan istifadə edir.

Bütün dünyada soyqırım terminindən istifadə olunur, çünki ortada sistemlilik var: öldürmək, yardımın qarşısını almaq, yaşayış üçün şəraiti məhv etmək. Bu mövqeni artıq təkcə fələstinlilər səsləndirmir. Yüzlərlə yəhudi və israilli alim, o cümlədən Xolokost tədqiqatçıları, açıq məktubda bunu "soyqırım" adlandırıb.

Dünyanın bir çox ölkəsində yəhudi icmalarının bir hissəsi "Not in our name" - "Bizim adımızdan deyil" şüarı ilə çıxış edir. İsrailin müxalif siyasətçiləri Netanyahu hökumətini "etnik təmizləmə"də ittiham edir. Başqa sözlə desək, artıq faktları görüb susmayan yəhudilər də var.

İsrailin inkar cəhdləri: bəyanatlar fakt qarşısında dağılır

İsrail hökuməti bütün ittihamları inkar edir və təkrarlanan arqument irəli sürür: "Hədəf HƏMAS-dır, mülki ölümlərə görə məsuliyyət HƏMAS-ın üzərindədir". Lakin reallıq bu bəyanatı tam ifşa edir: Mülki ölümlərin səviyyəsi təsadüfi yox, sistemlidir. Bombalanan zonaların böyük əksəriyyəti məhz yaşayış əraziləridir. İsrail yardımı belə qəbul etməyib, bu, mülki əhalinin yaşamaq imkanının məhv edilməsidir.

Dünya artıq bəyanatlara yox, rəqəmlərə və sübutlara baxır. Türkiyənin qərarı Qəzza ilə bağlı qlobal hüquqi presedenti gücləndirir: Netanyahunun beynəlxalq səfərləri risk altına düşür, məsələ tribunal səviyyəsinə keçir. Soyqırım - artıq bir ittiham deyil, faktların yaratdığı nəticədir. Bunları İnkar etmək artıq siyasi müdafiə deyil, mənəvi iflasdır.

Moderator.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
moderator.az

2Mənbələr