AZ

İşdən çıxarılan direktor təhsil idarəsini məhkəməyə verdi

İşdən çıxarılan məktəb direktoru məhkəməyə müraciət edərək işinə bərpa olunmasını istəyib.

Publika.az "Teleqraf"a istinadla xəbər verir ki, Mingəçevir şəhər M.Hüseynzadə adına 3 saylı tam orta məktəbin direktoru olmuş Gültəkin Quliyeva məhkəməyə müraciət edərək, işə bərpa olunmasını və işsiz qaldığı dövr üçün əməkhaqqının ödənilməsini tələb edib.

İddiaçı bildirib ki, o, 2019-cu ildə M.Hüseynzadə adına 3 saylı məktəbə direktor təyin edilib. Bundan əvvəl isə 2013-2019-cu illərdə Mingəçevir şəhər 19 saylı məktəbin direktoru vəzifəsində çalışıb. Onun sözlərinə görə, hər iki məktəbdə tədrisin keyfiyyətinin yüksəlməsinə nail olub.

Gültəkin Quliyeva qeyd edib ki, dünya görüşünə və rəhbərlik təcrübəsinə görə 2024-cü ildən seçki məntəqəsi sədrliyinə cəlb edilib. Seçki məntəqəsi sədri kimi fəaliyyət göstərdiyi müddətdə əmək qanunvericiliyinə əsasən, onun iş yeri və əməkhaqqısı saxlanılmalı olduğu halda direktor vəzifəsindən azad edilib.

İddiaçı bunu qanunsuz hesab edərək Elm və Təhsil Nazirliyinin tabeliyində olan Mərkəzi Aran Regional Təhsil İdarəsinin işdən çıxarılma barədə əmrin ləğvini, əvvəlki vəzifəsinə bərpa olunmasını və məcburi işsizlik dövrünə görə əməkhaqqının ödənilməsini tələb edib.

Seçilən
16
17
publika.az

10Mənbələr