Zəfər Gününün 5-ci ildönümündə sizlərlə birlikdə olmaqdan xoşbəxtəm.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda deyib.
Türkiyə Prezidenti dövlət başçısı İlham Əliyevə dəvəti üçün təşəkkür edib: “Bu qürur günümüzdə TDT-dəki dövlətlər də bizimlə eyni hissləri bölüşür. Zəfərimiz qutlu olsun”.