AZ

İran İsrail səfirinə qarşı sui-qəsd iddialarına cavab verib

İran, İsrailin Meksikadakı səfiri Eynat Kranz-Neigerə qarşı sui-qəsd cəhdi iddialarını “böyük bir yalan və media uydurması” adlandıraraq qəti şəkildə rədd edib.

Meksika hökumətinin də bu iddiaları qəbul etmədiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, İranın Meksikadakı səfirliyinin yaydığı yazılı açıqlamada, bu iddiaların iki ölkə arasındakı dost münasibətlərə zərər verməyi hədəfləyən “böyük bir yalan və media uydurması” olduğu qeyd olunub:

“İran bu iddiaları qətiyyətlə rədd edir. Meksikalı dostlarımızın yaxşı imicinə heç bir halda zərər verməyəcəyik. Meksikanın maraqlarına xəyanət etməyi, öz maraqlarımıza xəyanət kimi görürük. Meksika qanunlarına hörmət göstərmək bizim üçün ən böyük prioritetdir”.

Digər tərəfdən, “Axios” xəbər saytı, adları açıqlanmayan amerikalı və israilli rəsmilərə istinadən verdiyi məlumatda bildirib ki, İran İnqilab Keşikçiləri Korpusuna bağlı Qüds Qüvvələri 2024-cü ilin əvvəlində belə bir sui-qəsd planı həyata keçirməyə cəhd edib və bu cəhd Meksika təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınıb.

İsrail Xarici İşlər Nazirliyi də bu iddiaların doğru olduğunu iddia edib. Lakin Meksika hökuməti ABŞ və İsrail rəsmilərinin bu iddiasını qəbul etməyib.

Seçilən
24
1
cebheinfo.az

2Mənbələr