AZ

Kobaxidze: Avropa İttifaqı Gürcüstanı şantaj edir

BAKI, 8 noyabr. TELEQRAF

“Bəzi qüvvələr Avropa inteqrasiyası məsələsini gürcü xalqına qarşı şantaj aləti kimi istifadə edirlər”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

Baş nazirin sözlərinə görə, Gürcüstan 2022-ci ildə Avropa İttifaqında namizəd statusu almaq üçün müraciət etsə də, rədd cavabı alıb:

“Namizəd statusunun tam olaraq əldə olunması ilyarım çəkdi. Bunun üçün mübarizə aparmalı olduq. Həmçinin, bu məsələ şantaj üçün istifadə edildi. Sonradan yenə bizi şantaj etmək üçün Avropa İttifaqına üzvlük danışıqlarını başlatmaq məsələsi ortaya atıldı ki, bu da yaxşı hal deyil, çünki nəticədə Gürcüstanda qarışıqlıq yaratdı. Əlbəttə, məqsədimiz hələ də Avropa İttifaqının tamhüquqlu üzvü olmaqdır, amma bu yolu yalnız qanunlar və ədalət prinsipləri çərçivəsində davam etdirmək istəyirik. Bu, bizim ümumi yanaşmamızdır”.

Seçilən
83
teleqraf.com

1Mənbələr