AZ

Azərbaycan Həndbol Federasiyasının rəsmisi Avropa Kuboku matçına təyinat alıb

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov yeni təyinat alıb.

90deqiqe.Az AHF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadınlar arasında Avropa Kubokunun üçüncü mərhələsinin "Bursa Böyükşəhər Bələdiyyəspor"- "AEK Afina" görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

Türkiyə və Yunanıstan təmsilçilərinin oyunu noyabrın 9-da Bursa şəhərinin "Nilüfər Bələdiyyə" İdman kompleksində keçiriləcək.

Qarşılaşmanı Monteneqrodan olan hakimlər briqadası idarə edəcək.

Seçilən
105
9
90deqiqe.az

10Mənbələr