AZ

İcra hakimiyyətinin qarşısında nalayiq ifadələr işlətdi, həbs edildi

Saatlı Rayon İcra Hakimiyyətinin binasına sərxoş vəziyyətdə girmək istəyən şəxs barədə inzibati tənbeh tətbiq edilib.

Publika.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 6-da baş verib.

Təqsirləndirilən şəxs hadisə günü təxminən saat 15:30-da Saatlı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında içkili vəziyyətdə ünvansız nalayiq ifadələr işlədib.

Bununla əlaqədar inzibati binanın mühafizəsini təşkil edən mühafizə polisinin əməkdaşı Saatlı Rayon Polis Şöbəsinə müraciət edib.

Seçilən
16
6
publika.az

7Mənbələr