AZ

Azərbaycan Qəzzaya sülhməramlı qüvvələr göndərməyi planlaşdırmır

ain.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail və HƏMAS arasında döyüşlər tamamilə dayanmayana qədər Azərbaycan Qəzzaya sülhməramlı qüvvələr göndərməyi planlaşdırmır.

AzPost-un məlumatına görə, bu barədə Azərbaycan hökumətindəki mənbə Reuters agentliyinə bildirib.

ABŞ prezidenti Donald Trampın Qəzza üçün sülh planının bir hissəsi olaraq, ABŞ Azərbaycan, İndoneziya, BƏƏ, Misir, Qətər və Türkiyə ilə təxminən 20.000 əsgərdən ibarət Beynəlxalq Sabitləşdirmə Qüvvələrində (BSAQ) mümkün iştirakı ilə bağlı danışıqlar aparır.

“Biz əsgərlərimizi təhlükəyə atmaq istəmirik. Bu, yalnız hərbi əməliyyatların tamamilə dayandırılması halında baş verə bilər”, – deyə Azərbaycan mənbəsi bildirib.

Mənbə qeyd edib ki, belə bir qərarın parlamentin təsdiqini tələb edəcəyi gözlənilir. Parlament təhlükəsizlik komitəsinin rəhbəri bildirib ki, bu məsələ ilə bağlı hələlik heç bir qanun layihəsi təqdim edilməyib.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
1
azpost.info

2Mənbələr