Pakistanla Əfqanıstan arasında danışıqların İstanbulda keçirilən növbəti raundu uğurla nəticələnməyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asifə istinadən bildirib.
"Əfqanıstan rəsmiləri ilə danışıqlar razılaşma əldə olunmadan başa çatıb, çünki "Taliban" sərhəddəki yaraqlıların hücumlarının məhdudlaşdırılmasına qəti təminat verməkdən imtina edib", - o deyib.
Nazirin sözlərinə görə, "Taliban"ı təmsil edən danışıqçılar yalnız şifahi təminatlar verməyə hazır olduqları halda İslamabad yazılı razılaşmada təkid edir. Bu, ötən ay iki ölkə arasında əldə edilmiş atəşkəsi təhlükə altına qoya bilər.
O, həmçinin qeyd edib ki, Pakistan Əfqanıstan ərazisindən hücum olacağı təqdirdə cavab tədbirləri görmək niyyətində olduğunu təsdiqləyib.