AZ

Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 39%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Pakistan arasındaticarət əməliyyatlarının həcmi 20,7 milyon ABŞ dolları təşkiledib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 5,8 milyon ABŞ dolları və ya 38,7% çoxdur.

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Pakistana 3,2min dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 152,3 min ABŞ dolları və ya 48,6 dəfəazdır.

Eyni zamanda, 2025-ci ilin yanvar-sentyabr aylarında PakistandanAzərbaycana 20,6 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da illik müqayisədə 5,9 milyon ABŞ dolları və ya40,1% artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanxarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 877 milyonABŞ dolları və ya 2,5% çoxdur.

Xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları ixracın,16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eynidövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları və ya 6,3%azalıb, idxal isə 2,126 milyard ABŞ dolları və ya 14,5% artıb.

Nəticədə xarici ticarətdə 1,837 milyard dollarlıq müsbət saldoyaranıb. Bu da illik müqayisədə 3,374 milyard ABŞ dolları və ya 2,8dəfə azdır.

Seçilən
3
11
az.trend.az

10Mənbələr