AZ

"Mağaza və restoranların adlarında, küçə reklamlarında dil normalarına ciddi nəzarət olunmalıdır" - Akademik

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqi Azərbaycan dövlətinin dil siyasətində milli-mənəvi dəyərlərin qorunmasına, dilin saflığının və inkişafının təmin edilməsinə yönəlmiş diqqəti əks etdirir.

"Unikal" xəbər verir ki, bu sözləri AMEA-nın Rəyasət Heyətində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Akademiyanın 80 illik yubiley tədbirindəki nitqində Azərbaycan dili ilə əlaqədar qarşıya qoyduğu tələblər və AMEA-nın vəzifələri” mövzusunda keçirilən yığıncaqda AMEA-nın müşaviri akademik Möhsün Nağısoylu deyib.

Alim televiziya verilişlərində, radio efirlərində, yazılı mediada və sosial şəbəkələrdə dilin normalarının sıradan çıxarıldığını, orfoqrafik normaların pozulduğunu, daha çox məişət üslubundan istifadə olunduğunu söyləyib. O, bütün bu prosesləri qaydaya salmaq üçün məsul şəxslərin iştirakı ilə dillə bağlı ayrıca tədbirin keçirilməsini məqsədəuyğun hesab edib.

Azərbaycan dilinin saflığını qorumağın, ədəbi dilin normalarına riayət etməyin hər bir Azərbaycan vətəndaşının borcu olduğunu deyən akademik Möhsün Nağısoylu qeyd edib ki, mağaza və restoranların adlarında, küçə reklamlarında dil normalarına ciddi nəzarət olunmalıdır. Bu istiqamətdə Dilçilik İnstitutunun Monitorinq şöbəsi ilə məsləhətləşmələr aparılmalı, müvafiq tədbirlər həyata keçirilməlidir.

Seçilən
68
2
unikal.az

3Mənbələr