AZ

“New York Times”dan diqqətçəkən təhlil: Vazkeçilməz Ərdoğan

“New York Times” (ABŞ) qəzeti “Vazkeçilməz Ərdoğan” başlıqlı təhlil yayımlayıb.

Ölkə.Az xəbər verir ki, təhlildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünya diplomatiyasında qurduğu kritik münasibətlər sayəsində ölkəsinin beynəlxalq arenada siyasi və iqtisadi gücünü artırması vurğulanıb.

Dünya ölkələri Ərdoğan kim işə yarayan güclü şəxslərlə iş görməyə üstünlük verir

Qəzetin təhlilinə görə, Prezident Ərdoğanın ABŞ Prezidenti ilə birgə çəkdirdiyi şəkillər Ankara üçün diplomatik olduğu qədər simvolik əhəmiyyət də daşıyır. 
“New York Times” bildirir ki, bu şəkillər "güclü daxili mesaj" göndərir və Prezident Ərdoğan üçün praktik olaraq "xüsusi mükafat"dır. 

Onun ötən həftə Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə əllə görüşərkən çəkilən şəkillər də oxşar təsir bağışlayıb. Dünya Ərdoğan kimi güclü insanlarla iş görməyə üstünlük verir.

Ərdoğanın Qərblə siyasət balansı

“New York Times”ın məlumatına görə, Ərdoğanın Rusiyanın 2022-ci ildə Ukraynaya hücumundan bəri davam yeritdiyi diplomatik balanslaşdırma siyasəti Türkiyəni regional sabitlik qüvvəsinə çevirib. 

Ankara həm Moskva, həm də Kiyevlə rabitə kanallarını açıq saxlayıb, eyni zamanda Qərb hökumətləri ilə əməkdaşlığı dərinləşdirib. Bu dövrdə Türkiyənin müdafiə şirkətləri Ukraynanın ən vacib təchizatçılarından birinə çevrilib.

Türkiyənin müdafiə sənayesi yüksəlişdədir

Qəzet Ukraynadakı müharibədən sonra Avropanın müdafiə qabiliyyətini gücləndirmək səylərinin sürətləndiyini vurğulayaraq, Türkiyənin bu prosesdə əsas rol oynadığını bildirib. Qəzet yazıb ki, AB-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallasın iyunda Türkiyənin AB-nin yeni "təhlükəsiz" ("SAFE") müdafiə təşəbbüsünə daxil edildiyini açıqlaması Ankara üçün əhəmiyyətli bir dönüş nöqtəsi olub. Bu sayədə Türkiyəyə Avropa müdafiə fondlarına və birgə tədarük proqramlarına çıxış imkanı əldə edib.

Avropa üçün əvəzolunmaz tərəfdaş: Türkiyə

Qəzet  Böyük Britaniyanın Baş naziri Keir Starmerin Ankaraya səfəri zamanı Türkiyəyə "Eurofighter" qırıcı təyyarələrinin satışını rəsmiləşdirdiyini xatırladıb. Təhlildə bir neçə gün sonra Almaniya kansleri Mertsin də Türkiyəyə səfər etməsinə və "Yaxşı və dərinləşdirilmiş tərəfdaşlığa alternativ yoxdur" sözlərinə diqqət çəkilib.

Qafqazda yeni vasitəçi rolu

Qəzet yazır ki, bir çox Avropa ölkəsi hazırda Cənubi Qafqazda ticarət və nəqliyyat baxımından Avropa üçün həyati əhəmiyyətli dəhlizdə Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olmaq üçün Türkiyəni ən təsirli vasitəçi kimi görür.

"New York Times" qəzeti öz maraqlarını güdən ABŞ, təcavüzkar Rusiya və kövrək Yaxın Şərq və Avropanın piroritetinin müdafiə olduğunu qeyd edib. Bildirilib ki, Türkiyə qarşıdurma bölgələrinə yaxınlığı, hərbi potensialı vıə böyüyən müdafiə sənayesi ilə strateji olaraq vazkeçilməz ölkədir.

Billurə Yunus

Seçilən
75
olke.az

1Mənbələr