AZ

Yağış yağmasa Tehranı tərk etmək məcburiyyətində qalacağıq Məsud Pezeşkian

ain.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yağış yağmasa, suyumuz tükənəcək və Tehranı tərk etmək məcburiyyətində qalacağıq.

Sitat.info xəbər verir ki, İran prezidenti  Məsud Pezeşkian İranda quraqlığın yaratdığı su böhranı ilə bağlı açıqlama verib.

"İran hazırda yağış və su ehtiyatlarının yetərsiz olması kimi təbii böhranlarla üzləşir və bu böhranlar ciddi nəticələrə səbəb ola bilər. Yağış yağmasa, gələn aydan etibarən Tehranda su məhdudiyyətləri tətbiq etməli olacağıq".

Qeyd edək ki, son beş ildə İranda yağıntılar əhəmiyyətli dərəcədə azalıb. Tehran Su İdarəsinin baş direktoru Behzad Parsa 3 noyabrda verdiyi açıqlamada bəndin su anbarlarının Tehranı yalnız maksimum iki həftə su ilə təmin edə biləcəyi barədə xəbərdarlıq edib.

Aytac,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
34
sitat.info

10Mənbələr