AZ

ABŞ və Səudiyyə Ərəbistanı birgə hərbi təlimə başladı

Vətəninfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya ştatında yerləşən Fort İrvin hərbi bazasında birgə hərbi təlimə start veriblər.

Nazirliyin açıqlamasında bildirilib ki, “Quincy-1” adlandırılan təlimin əsas məqsədi iki ölkə orduları arasında əməliyyat hazırlığını artırmaq, təcrübə mübadiləsi aparmaq və müxtəlif döyüş şəraitlərində birgə əməliyyatların aparılması üçün inteqrasiyanı gücləndirməkdir.

Təlimin müddəti və iştirak edən hərbi heyətin sayı barədə hələlik məlumat açıqlanmayıb.

Fort İrvin Milli Təlim Mərkəzi ABŞ ordusunun ən böyük və əsas təlim sahələrindən biridir. O, Kaliforniyanın Mojave səhrasında yerləşir və təxminən 3108 kvadrat kilometr ərazini əhatə edir.

Birgə təlimin ABŞ və Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində növbəti addım olduğu bildirilir.

Seçilən
49
veteninfo.az

1Mənbələr